Bu gün:

Saçların tökülməsinin rənglənmə ilə əlaqəsi varmı?


Dermatoloq və trixoloq Olqa Saperova xəbərdar edib ki, sürətli saç tökülməsinin səbəbləri vitamin çatışmazlığı, stress və bir sıra digər amillər ola bilər. Mütəxəssis RİAMO nəşrinə müsahibəsində onların adlarını çəkib.

Saperovanın sözlərinə görə, ilk növbədə saç tökülməsi irsi meyllə bağlıdır. Hormonal balanssızlıq, xroniki stress və müəyyən dərmanlar da buna səbəb ola bilər. Eyni zamanda, saçın rənglənməsinin saç tökülməsinə təsir etmədiyini söyləyib. 

Seperova profilaktik tədbir və saç tökülməsilə mübarizə vasitəsi kimi xüsusi şampun və losyonlardan istifadə etməyi, baş masajı etməyi və trixoloqun təyin etdiyi minoksidil və finasterid kimi dərmanlardan istifadə etməyi tövsiyə edib. Həkim, xüsusilə, inkişaf etmiş hallarda, saç transplantasiyasının kömək edə biləcəyini vurğulayıb.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et