Bu gün:

"The Desperate Man"-Qustav Kurbe


"İncəsənətin inciləri" rubrikası Qustav Kurbenin "The Desperate Man" əsərini təqdim edir. 

Kurbe rəsmi sənətin iddialılığından yorulduğu üçün dünyanı gördüyü kimi göstərməyə qərar verib. O, ictimaiyyətin zövqündən müstəqil olmağa çalışıb və gündəlik həyatdan səhnələri qəti şəkildə reallaşdıraraq konvensiyaya daim etiraz edib. Nə zərif pozalar, nə də təsir edici rənglər gözəlliyi deyil, həqiqəti təsvir edirdi. Bu barışmaz bədii səmimiyyət onu o vaxt Parisdə işləyən bütün digər rəssamlardan fərqləndirir və tez-tez əsərlərini Salondan asılı olmayaraq sərgiləməyə məcbur edib.

O, özünəməxsus realist rəssamlıq üslubunu inkişaf etdirməzdən və "Dünyanın Mənşəyi" və "Daş qıranlar" da daxil olmaqla, təməlqoyma şedevrlərini yaratmazdan əvvəl Kurbe bu da daxil olmaqla bir sıra Romantik avtoportretlər çəkib. Dərin, emosional, "The Desperate Man" rəssamın 1845-ci ildə tamamladığı ilk əsərlərindən biridir. Gözləri geniş açılmış Kurbe düz sənə baxır. O dövrdə məşhur olan portretə romantik yanaşma fərdin emosional və psixoloji durumlarını ifadə etməklə bağlı olub. Kurbe heç vaxt özünü romantik rəssam hesab etməsə də, o, bunun hdəsindən çox yaxşı gəlib. Tamaşaçılar bu avtoportretə baxanda siz onun nəinki çarəsizliyini yaşayırsınız (adından göründüyü kimi), həm də Qustav Kurbenin özünün necə şəxsiyyət olduğu barədə fikir əldə edirsiniz. Cəsarətli, hiyləgər, radikal, iddialı və qətiyyətli. Qurulmuş rəsm janrlarına meydan oxumaq ənənəvi eyniliklərə etiraz etmək və sənət tarixinin gedişatını dəyişdirmək əzmindədir.

Tərcümə etdi: Talehə Hüseynzadə 

Mənbə: gustave-courbet.com

Paylaş
Şərh əlavə et