Bu gün:

Baş ağrısının gözlənilməz səbəbi


“Smile-at-Once” İnnovativ Texnologiya Stomatologiya Şəbəkəsinin stomatoloq-ortoped Andrey Çernov gözlənilməz baş ağrılarının səbəbini açıqlayıb. onun sözlərinə görə, baş ağrılarına uzun müddət çeynəmə dişlərinin olmaması və implantasiya proseduruna məhəl qoyulmaması səbəb olur.

Mütəxəssis qeyd edib ki, insanlar estetik səbəblərə görə, ilk növbədə, ön dişlərini bərpa edir, çeynəmə dişlərini sonraya saxlayırlar, lakin onların olmaması mədə-bağırsaq traktı ilə bağlı problemlərlə, insanın yalnız bir tərəf ilə çeynəməsi əzələ hipertonikliyində problemlərlə və üz asimmetriyası ilə nəticələnir.

“Bundan əlavə, dişlərin olmaması səbəbindən dişləmə prosesi pozulur, çənənin forması dəyişir. Bu, baş ağrısına səbəb ola bilər”, - deyə, Çernov izah etdi.

Həkim əlavə edib ki, mövcud olmayan dişin səbəbindən qalan dişlər də əziyyət çəkə bilər, məsələn qonşu və əks dişlər dəstəyini itirir, çıxarılan dişin yerində olan sümük isə atrofiyaya uğrayır. Bu, sonradan protezləşmə prosedurunu çətinləşdirir.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et