Bu gün:

Adı olmayan və ya varlığını bilmədiyiniz duyğular


Duyğu insanların ad verdiyi hər hansı bir hissdir. Duyğuları adlandırmaqla, onlar yarandıqda necə cavab verəcəyimizi seçirik. Məsələn, siz əsəbləşdiyiniz zaman necə reaksiya verməli olduğunuzu bilirsiniz, başqaları da həmçinin belə vəziyyətdə necə davrandığını bilir.  Bununla belə, hazırda bir kateqoriyaya malik olmayan bir çox duyğular var. 


Məsələn, öz faniliyimizi anlamaq qabiliyyətimizlə eyni vaxtda özəl olduğumuzu və ya qaçınılmaz sonla lənətləndiyimizi düşünürük. Bu biliklərə baxmayaraq, bir çox insanlar nə vaxtsa öləcəklərinə çox uzun müddət diqqət yetirsələr, yenə də çaxnaşma içində reaksiya verəcəklər. "İllər boyu mən yuxuya gedəndə qəfil bıçaqlanırmış kimi üşütmələr keçirərdim",- bu cümləni Con Koenig deyib. Və bu hissi ram etmək üçün onu adlandırmaq istəyib. "Ölməli olduğunu unutma" mənasını verən latınca “memento mori” termini əslində Platonun dövründən bəri mövcud olsa da, Koeniqə qədər bu hiss üçün heç vaxt ingiliscə termin olmayıb. Bəzi linqvistik araşdırmalardan sonra o, emosiyanı moriturizm adlandırıb. "Mən ona ad verəndə nədənsə yaxşı hiss etdim",-deyib. "O, tanınır. Bu, yaxşı işarələnmiş çuxurdan daha çox uçuruma bənzəyir. İndi bu, məni o qədər də qorxutmur, çünki mən onu idarə edə biləcəyimi hiss edirəm."


Moriturizm kimi bir çox başqa duyğular var və bir çox insanlar bu tanış, lakin naməlum duyğularla müntəzəm olaraq qarşılaşırlar. Bir çox psixoloq inanır ki, hədsiz bir duyğuya ad verildikdə, onunla nə edəcəyimizi daha yaxşı bilə bilərik. İnsanlara aid olan adı bilinməyən digər duyğular:


1. Sırada sizdən qabaqda olan biri hər hansısa bir şeyin sonuncusunu aldıqda məyusluq, qəzəb və ya nifrət hissi. 

2.Hədsiz xoşbəxtlik, sevinc və ya sülh hissi ilə yaranan ağlama. 

3.Heyvanın yanında qorxunun yaratdığı artan sensasiya. 

4. İşiniz çox olanda süründürməçilikdən iflic olursunuz və heç nə etməmək istəmə hissi. 

5.Qapalı yerdə keçirdiyiniz uzun bir günün ardından günəş verdiyu hiss.

6.Artıq olmayan bir yerin məkanın verdiyi hiss - həsrət və peşmanlıq. 

Başqalarının artıq adlarını düşündüyü bir neçə mürəkkəb duyğular bunlardır: 

Sonder: Gördüyünüz hər kəsin, qarşınızdan keçən hər kəsin öz mürəkkəb həyatı olduğunu anladığınız zaman. 

Zenosyne: Zamanın daha və daha sürətli keçməsini hiss etdiyiniz zaman. 10 yaşında olanda vaxtın indi necə keçdiyini düşündüyünüz zamandaki hissinizi düşünün. 

Xrizalizm: Fırtına zamanı evdə təhlükəsiz hiss etdiyiniz zaman əldə etdiyiniz sakit, rahatlıq hissi. 

Monaxopsis: Hər hansısa bir yerdə və ya insanlar içərisində artıq olduğunuza dair qəribə bir hiss. 

Lacheizm: Təyyarə qəzası və ya yanğın kimi bir fəlakətlə üzləşərək sağ qalmaq istəyi.

 Jouska: Bir şeyi öz içinizdə dəfələrlə təkrarlayanda, amma əslində heç vaxt baş vermədiyində yaranan hiss.


Mənbə:afamilymatter

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et