Bu gün:

Qalatasaray orta müddətli transfer dövründə


"Qalatasaray” klubu futbolda “ara transfer” adlandırılan ikinci transfer və qeydiyyat dövründə heyətinə 7 futbolçu daxil edib.

Sarı-qırmızılılar heyətdən ayrılan futbolçulardan ümumilikdə 9 milyon 400 min avro qazanıb.


Superliqada son 2 mövsümü çempion kimi başa vuran "Cimbom" bu mövsüm UEFA Avropa Liqasında pley-offa yüksəlib. Avropa Liqasında AZ Alkmaar ilə cütləşən və liqada matç kəsiri ilə ən yaxın izləyicisi "Fənərbaxça"nı 3 xal qabaqlayan sarı-qırmızılı komanda, mövsüm ortası transferində heyətini 7 futbolçu ilə gücləndirib.


İlk olaraq, Trendyol Super Liqa təmsilçisi "İkas Eyüpspor"da çıxış edən Əhməd Kutucunu heyətinə qatan "Qalatasaray" İtaliyanın "Milan" klubundan ispaniyalı mərkəz hücumçusu Alvaro Moratanı icarəyə verib.


Qabonlu sabiq futbolçusu "Vulverhempton"dan Mario Leminanı heyətinə qatan "Cimbom" Belçikanın "Genk" komandasından kolumbiyalı müdafiəçi Karlos Kuestanı transfer edib. “Lens”dən polşalı futbolçu Przemyslav Frankovskini icarəyə verən “Qalatasaray” bir müddət əvvəl “Trabzonspor”dan Eren Elmalı və MKE Ankaragücündən Arda Ünyayı heyətinə qatıb.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et