Bu gün:

Tutun faydaları nələrdir?


Tut tərkibindəki antioksidant sayəsində xərçəngin qarşısını almaq gücünə malikdir. Tutun bəzi növləri qrip və soyuqdəyməyə də yaxşı gəlir. 

Tutun sağlamlıq üçün faydaları:

•Bağırsaqlara faydalı olan və liflə zəngin olan tut həzm sisteminə faydalıdır

•Yüksək antioksidant tərkibinə görə, xərçəngin qarşısının alınmasına kömək edir

•Qanın laxtalanmasının qarşısını alıb təzyiqi normallaşdırır

•Anemiyanın qarşısını alır

•Qan şəkərini normada saxlayır

•Böyrəklərdə və qaraciyərdə olan zərərli maddələri təmizləyir

•Qrip və soyuqdəymə kimi xəstəliklərin qarşısının alınmasına kömək edir

•Xolesterolun yüksəlməsinin qarşısını alır

•Antioksidant tərkibi ilə dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir

•Tərkibində A, C, K vitaminləri ilə zəngindir. Tərkibində B qrupu vitaminləri və kalsium, kalium, dəmir, maqnezium, fosfor və natrium kimi minerallar  mövcuddur

•Ağrılara və yüksək təzyiqə yaxşı təsir edir 

•Diş və sümüklərin güclənməsinə kömək edir

•Qaraciyər və böyrəklərdə tullantıların yığılmasının qarşısını alır

•Göz sağlamlığı üçün faydalıdır

•Anemiyanın sağalmasına kömək edir

•Tərkibində çoxlu lif olduğu üçün bağırsaqların daha yaxşı işləməsini təmin edir

•Qan şəkərinin və xolesterinin yüksəlməsinin qarşısını alır

•Tutun tərkibində resveratrol olduğu üçün saç, dırnaq və dəri sağlamlığı üçün istifadə oluna bilər

•Dərini təravətləndirir, nəmləndirir, qocalma əleyhinə təsiri ilə gənc görünməyə kömək edir. Buna görə də kosmetik məhsullarda da istifadə olunur

•Pəhriz saxlayanlar üçün ideal meyvədir

•Qurudulmuş və ya təzə şəkildə qəbul edilə, həmçinin meyvə souslarında, səhər yeməyi qarışıqlarında, bəkməz, desert, dondurma və meyvə şirələrində istifadə olunur.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et