Bu gün:

Niyə avropalılar Amerika maşınlarına üstünlük vermir?


Donald Tramp avropalıların daha çox Amerika avtomobili almamasından narazı olaraq AB avtomobillərinin idxalına böyük tariflər tətbiq etməklə hədələyib. Bəs niyə ABŞ avtomobilləri, Tesla istisna olmaqla, Avropada daha populyar deyil?

Böyük Britaniyada sənayeni təmsil edən Motor İstehsalçıları və Tacirləri Cəmiyyətinin baş direktoru Mayk Hawes bunu müşahidə edib: "Bizdə yanacaq qiymətləri amerikalılardan daha yüksəkdir, ona görə də biz daha kiçik, daha qənaətcil avtomobillərə üstünlük veririk, onlar isə, ümumiyyətlə, daha böyük avtomobillərə üstünlük veriblər".

İsveçin Handelsbanken Capital Markets investisiya bankında çalışan cənab Engellau da benzin qiymətlərinin ABŞ-də xeyli ucuz olduğunu vurğulayıb: “Bizim litrə görə ödədiyimizi onlar gallon üçün ödəyirlər”,- deyib. 

Yenə də bu fərqlər avropalı avtomobil istehsalçılarını ABŞ-də bazar payı əldə etməkdən çəkindirməyib. ABŞ-yə milyonlarla avtomobil gəlib – BMW, Mercedes, Volkswagen və bir çox başqaları.

Cənab Trampın sözlərinə görə, bu balanssızlıq ədalətsiz ticarət qaydalarından qaynaqlanıb və düzəliş tələb edib.

"Cənab Tramp narahat olub, çünki ticarət şərtləri həqiqətən bərabər deyil" ,- deyən cənab Engellau Aİ-nin ABŞ-dən idxal etdiyi avtomobillərə tətbiq etdiyi 10%-lik tariflərin ABŞ-nin hazırda AB-dən idxal etdiyi avtomobillərə tətbiq etdiyi 2,5%-lik rüsumları çox ötdüyünü vurğulayıb.

Bu fərqlər Trampı ABŞ-nin Avropadan avtomobil idxalına tətbiq etdiyi tarifləri artırmaq istədiyini söyləməyə vadar edib. O artıq avtomobil istehsalçıları üçün vacib olan iki metal – polad və alüminium idxalına 25% idxal tarifləri elan edib.

Mənbə: BBC News

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et