Bu gün:

Sosial medianın dostluq münasibətlərinə təsiri


Sosial media və texnologiya şirkətləri hər gün bizə inanılması çətin olan çoxsaylı vədlər təqdim edir. Bu vədlər arasında sevdiklərimizlə əlaqədə qalmaq, uzun məsafələrdə dostluqları qurmaq və saxlamaq, hətta onlayn həqiqi sevgini tapmaq da var.

Bizim sosial internetimizin çoxu daha dərin və zəngin icmalar qurma vədiylə bağlıdır, amma bu eyni platformalar və cihazlar bizi bir-birimizdən təcrid edir və icmalarımızda ayrılıq yaradır. 

Bu məsələlər hamımızın qarşılaşdığı problemlərdir. Bütün bunlar əlinizin içinə sığan bir smartfondadır və sizi dostluqların yalnız sizə və ehtiyaclarınıza aid olduğu barədə düşünməyə yönəldir.

Rəqəmsal dövrdə internetin bu böyük vədlərini aşmaq və real həyat dostluqlarını dəstəkləmək üçün öyrənə biləcəyimiz əsas yollardan biri onlayn qarşılıqlı əlaqə qurduğumuz insanların sadəcə avatarlar olmadığını, onlar da bizim kimi real həyatda yaşayan insanlar olduğunu xatırlamaqdır. Onlayn "dost", "təqibçi" və ya "bağlantı"nın həqiqi dost və ya yoldaşla eyni mənaya gəldiyini düşünmək asandır. Biz hamımız bu yalanı qəbul etməyə meylliyik ki, həqiqi icma və dostluqlar kiçik bir şüşə parçası və bir neçə emoji vasitəsilə məsafədə qurula bilər. Biz instinktiv olaraq bunun doğru olmadığını bilirik, amma bəzən bu onlayn əlaqələri əsl münasibətlərdən üstün tutmağın bizə icma, yoldaşlıq və məmnuniyyət kimi axtardığımız şeyləri verəcəyini düşünməyə vadar edir. Texnologiya bu gün icmalarımızda fərdiliyi və yanlış əxlaqi müstəqillik anlayışlarını gücləndirməyə kömək edir, bu da bizim cəmiyyətimizi zəhərləyir.

İnternet dövrünün ironiyası odur ki, onlayn olaraq qurduğumuz və dostluqları möhkəmləndirmək ümidilə etdiyimiz əlaqələr, əslində, başqaları ilə real həyatda əlaqə qurma bacarığımıza qarşı təsir göstərə bilər. İnternet ən doğru zamanda, ən doğru şəkildə çox vaxt ən doğru reaksiyalar və animasiya gifləri ilə paylaşım etməyi əsas alır. Lakin real həyat dostluqları qarşıqlıdır və tez-tez sosial mediada öyrəşdiyimiz ani məmnuniyyət istəyini ödəmədiyi üçün bizə çətinlik yaradır.

Həqiqi dostluqlar mürəkkəbdir, insan münaqişələr və anlaşılmazlıqlarla qarşılaşır və uzun müddət ərzində möhkəmlənir. Lakin bu şəkildə cilalanmış dostluqlar, onlayn bir "bəyənmə"dən daha davamlıdır. Onlayn əlaqələr faydalı ola bilər, amma həqiqi dostluqlar həmişə bəyənmələr, paylaşmalar və ürək emojilərindən daha uzun müddət davam edəcək.

Mənbə: Lifeway

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et