Bu gün:

İlk avtobus harada istifadə olunub?


Avtobus bu gün də çox istifadə olunan ictimai nəqliyyat vasitəsidir. Xüsusilə, şəhərlərarası uzun məsafələr üçün çox rahat seçimdir.

Avtobusun ilk ixtiraçıları; Baise Pascal və Duc de Roannez idi. Bu avtobuslardan ilki 1662-ci ildə Parisdə istifadə edilmişdir. Eyni zamanda, səkkiz sərnişin daşıya bilən “Carosses â cinq solz” adlı avtobusun ad hüququnu da dövrün alimi və filosofu sayılan Beyz Paskal və onun maliyyə dəstəkçisi Duc de Roannez əldə edib.

 İctimai nəqliyyata minmək, ilk növbədə, əsgərlərə və kəndlilərə qadağan olunmuşdu. 1819-cu ildə avtobusların tutumu artdı və 16-18 sərnişin daşımağa başladı. 

1847-ci ildə dünya ikimərtəbəli avtobuslarla qarşılaşdı.1851-ci ilə qədər bu nəqliyyat vasitəsinə böyük tələbat var idi. 1909-cu ildə tam örtülü avtobuslar istehsal edildi. Lakin hüquqi problemlər üzündən ekspedisiyaya yalnız 1925-ci ildə başlaya bildilər.

İlk neftlə işləyən avtobus 1895-ci il martın 18-də Şimali Almaniyada fəaliyyətə başladı. 15 kilometrlik xətt üzrə fəaliyyətə başlayan bu avtobuslar 5 at gücündə və birmərtəbəli idi. 

Tarixlər 1899-cu ili göstərdikdə almanların Daimlers markalı avtobusları Londonda satışa çıxarıldı. Bu avtobuslar tam 12 at gücündə iki mərtəbəli idi və 26 sərnişin daşıya bilirdi.

Mənbə: Kim buldu?

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et