Almaniya Bundesliqa komandalarından biri olan "Bavariya" 21 yaşlı futbolçu Jamal Musiala ilə müqaviləni 2030-cu ilə qədər uzadıb.
Klubdan verilən açıqlamada alman milli futbolçu ilə 30 iyun 2030-cu ilə qədər qüvvədə olan yeni müqavilənin imzalandığı açıqlanıb.
Musiala 2019-cu ilin yayında "Çelsi"nin akademiyasından kluba qoşulub.
Gənc futbolçu bu mövsüm "Bavariya"nın heyətində bütün yarışlarda 30 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.
Alman futbolçu milli karyerasında 38 oyunda 7 qol vurub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
