Bu gün:

Süni intellekt gələcəyi təsvir edir: 1000 ildən sonra insanlar necə görünəcək?


Google-un süni intellektlə şəkil generatoru olan ImageFX, alimlərin proqnozlarına əsaslanaraq, bəşəriyyətin 1000 il sonrakı təkamül gedişatını proqnozlaşdırıb. Uels Universitetinin professoru Robert Brooksun sözlərinə görə, 3025-ci ildə insan beyninin indikindən daha kiçik olacağı gözlənilir.


Geriyə nəzər salsaq, indiki insanların təkamül prosesinin sonuna çatdığını düşünmək asan ola bilər. Ancaq bir çox elm adamlarına görə, bugünkü insan görünüşü əslində hekayənin yalnız başlanğıcıdır.


Texnologiya, kosmosa səyahət və iqlim dəyişikliyi sayəsində ətraf mühitimiz əvvəlkindən daha sürətlə dəyişir və ekspertlər bu dəyişikliklə birlikdə bəşəriyyətin də təkamül edəcəyinə inanırlar.


İndi süni intellekt insanların gələcəkdə necə görünə biləcəyini ortaya qoyur.Google-un ImageFX AI görüntü istehsalçısı aparıcı elm adamlarının fikirlərinə əsaslanaraq bəşər övladının necə təkamül edə biləcəyini təsəvvür edib.


Mütəxəssislərin fikrincə, insanlar gələcəkdə çox daha vahid görünüşə sahib olacaqlar.

Proqnozlar göstərir ki, adi bir insan daha tünd dəriyə sahib olacaq və bugünkümədəniyyətlərin qarışdığı bölgələr olan Mavrikiy və ya Braziliyadakı insanlara daha çox bənzəyəcək.


Keçmişdə təkamülü hərəkətə gətirən ən böyük qüvvə insanların çoxalma şansı əldə etmədən və genlərini ötürə bilmədən ölmələri idi.

Ancaq müasir tibb sayəsində getdikcə daha çox insan uşaq sahibi olmaq üçün kifayət qədər uzun yaşaya bilir.


Bu o deməkdir ki, hansı genlərin geniş yayılacağını fərqli mexanizm müəyyən edəcək.

Bəzi elm adamları bunun gələcəkdə insanları daha qısa edə biləcəyini irəli sürürlər.


Çünki cinsi yetkinliyə erkən çatan fərdlər həyatları boyu daha çox uşaq sahibi ola bilərlər. Ancaq bu, çox vaxt daha kiçik bədən ölçüsü ilə kompensasiya olunur.

Mütəxəssislərin gözlədiyi ən böyük dəyişikliklərdən biri bəşəriyyətin xarici görünüş baxımından daha homojen olmasıdır.

Tarix boyu müxtəlif insan icmaları uzun müddət bir-birindən təcrid olunmuş vəziyyətdə yaşamışlar.


Amma bu gün müxtəlif etnik qruplardan olan insanlar daha tez-tez bir-biri ilə ailə qurur, uşaq sahibi olurlar.Dr. Anglia Ruskin Universitetində böyük verilənlər və bioinformatika üzrə baş müəllimdir. "Gələcəkdə əhalinin strukturunun daha da qarışıq olacağı gözlənilir" dedi Jason Hodgson.


ABŞ-da mövcud tendensiyalar göstərir ki, irqlərarası nikahlar daha çox yayılır. Bu tendensiya davam edərsə, insanlar genetik cəhətdən daha müxtəlif, lakin görünüşcə daha homojen ola bilər.


Bu dəyişikliyin ən bariz təsirlərindən biri dəri rənginin zamanla daha tünd, orta hesabla “qəhvəyi” tona keçməsi ola bilər.

ABŞ-da bəzi şirkətlər artıq valideynlərə körpələrinin boyu, intellekt və cinsiyyət kimi xüsusiyyətlərini seçməkdə kömək etdiyini iddia edən xidmətlər təklif etməyə başlayıblar.

Bu cür texnologiyaların yayılması nadir genetik xüsusiyyətlərin daha çox yayılmasına səbəb ola bilər.


Yeni Cənubi Uels Universitetinin professoru Robert Bruksun fikrincə, insan beyni zaman keçdikcə kiçiləcək. Kompüterlər informasiya emalı və sosial ünsiyyət kimi funksiyaları öz üzərinə götürdükcə, böyük beyinə sahib olmağın üstünlüyü azala bilər.


Əgər bəşəriyyətin bir hissəsi kosmosa miqrasiya edərsə, bu qrup sonda Yerdə qalanlardan fərqli bir növə çevrilə bilər.

Marsda olan insanların aşağı cazibə qüvvəsinə uyğunlaşmaq üçün daha uzun, daha nazik əzaları ola bilər.Onlar həmçinin aşağı işıq səviyyələrinə uyğunlaşmaq üçün daha böyük gözlər və ya daha solğun dəri tonu inkişaf etdirə bilərlər.


NASA-nın məlumatına görə, astronavtlar aşağı cazibə qüvvəsi səbəbindən kosmosda ilk bir neçə gündə təxminən 3 faiz uzana bilirlər.

Gələcəkdə bu cür dəyişikliklər daimi ola bilər və insan növünün təkamülündə yeni bir fəsil aça bilər.


Tərcümə etdi: Mina Yadigarlı

Mənbə: NTV. Com



Paylaş
Şərh əlavə et