Avropa futbolunun ikinci dərəcəli turnirində Fənərbaxça tur üstünlüyü qazanmaq üçün meydana çıxıb.
UEFA Avropa Liqası pley-off turunun ilk matçında Fənərbaxça evində Anderlexti 3-0 hesabı ilə məğlub edib. Qələbə qollarını Tadiç, Dzeko və En-Nesyri vurub.

Bununla da Fənərbaxça cavab oyunu öncəsi böyük üstünlük əldə edib və tur qapısını aralayıb. Turun cavab oyunu 20 fevral tarixində Bakı vaxtı ilə saat 00:00-da Belçikada oynanacaq. Turu keçən komanda son 16 mərhələsinə yüksələcək.
Dzeko tarixə düşüb
Fənərbaxçanın Anderlext qarşısında ikinci qolunu vuran Edin Dzeko Dusan Tadiçi geridə qoyaraq sarı-göylü forma ilə Avropa kuboklarının qrup mərhələsindən sonrakı oyunlarında qol vuran ən yaşlı futbolçu olub.
Mənbə: Ntv Spor
Tərcümə etdi: İbrahim Çobanlı
