Cənubi Afrika, əsasən, ali və xidmət sektoruna əsaslanan inkişaf etməkdə olan bazar iqtisadiyyatına malikdir. 1993-cü ildə beynəlxalq sanksiyalardan azad edildikdən sonra ölkə Afrikanın ikinci ən böyük iqtisadiyyatını formalaşdırıb və hazırda qitənin ÜDM-nin təxminən dörddə birini təşkil edir. Dünya Bankı Cənubi Afrikanı yuxarı-orta gəlirli iqtisadiyyat kimi təsnif edir.

2012-ci ildə ölkənin ümumi daxili məhsulu 390 milyard dollara çatıb ki, bu da 1990-cı illərin əvvəli ilə müqayisədə üç dəfədən çox artım deməkdir. Bu inkişaf əsasən qlobal bazarda azad ticarəti vurğulayan və yerli əmək hüquqlarını məhdudlaşdıran iqtisadi liberal siyasətlərlə dəstəklənib. Ölkənin iqtisadiyyatında xidmət sektoru, xüsusilə, turizm və telekommunikasiya mühüm rol oynayır. Bununla yanaşı, Cənubi Afrika istehsal, kənd təsərrüfatı və təbii sərvətlərin çıxarılmasından da əhəmiyyətli gəlir əldə edir. Əsas ticarət tərəfdaşları ABŞ, Almaniya, Çin, Yaponiya və Hindistandır.
Lakin iqtisadi artım əhali artımı ilə müqayisədə zəif görünür. Ölkənin adambaşına düşən ÜDM-in artım tempi 2000-ci illərin ilk onilliyində dünya üzrə orta göstəricidən xeyli geri qalıb. İşsizlik səviyyəsi 21-ci əsrin əvvəllərindən etibarən 20 faizdən çox olaraq qalır. Bundan əlavə, qara afrikalılar arasında yoxsulluq səviyyəsi qeyri-mütənasib dərəcədə yüksək olaraq qalmaqdadır.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
