MotoGP-də yeni mövsüm üçün geri sayım davam edir.
Mövsümün xəbərçisi olaraq Taylanddakı Chang beynəlxalq trasında sınaq sürüşləri başlayıb.
Mark Markes testin ilk günündə göstərdi ki, o, bu mövsüm MotoGP-nin ən iddialı adıdır. Dukatinin altıqat dünya çempionu ispan pilotu bir dəqiqə 29,1 saniyə ilə ən sürətli dövrə vurub.
Aleks Markes 1 dəqiqə 29,6 saniyə ilə qardaşından sonra ikinci ən yaxşı vaxta sahib olub. Ducati-nin digər pilotu italiyalı Franko Morbidelli günü üçüncü ən yaxşı vaxtla başa vurub.
MotoGP-də yarışacaq 22 pilotdan 20-si Taylandda keçirilən sınaq-drayvlarda iştirak edib. Keçən həftə Sepanqda sınaq qəzasında sol əlini və sağ ayağını sındıran müdafiə çempionu Xorxe Martin Taylandda yarışlara qatıla bilməyib.
Eyni trasda zədələnən VR46 pilotu Fabio di Giannantonio da Taylanddakı sınaq qaçışlarını buraxıb. Yeni MotoGP mövsümü martın əvvəlində Tailand Qran Prisi ilə başlayacaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
