Bu gün:

Raket buraxılışları 2024-cü ildə öz zirvəsinə çatıb


2024-cü il kosmik sənaye üçün tarixi dönüş nöqtəsi olub. Ümumilikdə dünya üzrə 259 raket buraxılışı həyata keçirilib ki, bu da əvvəlki illərə nisbətən çoxluq təşkil edir. Orta hesabla hər 34 saatdan bir kosmosa bir raket göndərilib və son dörd ildə davam edən yüksəliş hadisəsi davam edir.

Bu artımın əsas səbəbləri kommersiya peyk layihələri, hərbi müdafiə təşəbbüsləri və ölkələrin öz müstəqil kosmik proqramlarına yatırdığı investisiyalardır. Sənaye mütəxəssisləri hesab edirlər ki, 2025-ci ildə raket buraxılışlarının sayı daha da artacaq və yeni nəsil raketlərin tətbiqi ilə qlobal kosmik fəaliyyətlər daha da sürətlənəcək.


Aparıcı ölkələr

Kosmik sənayedəki artım xüsusilə bəzi ölkələrin və şirkətlərin fəal iştirakı ilə sürətlənib. Məsələn, SpaceX 2024-cü ildə 132 Falcon 9 buraxılışı planlaşdırır ki, bu da dünya üzrə ümumi buraxılışların yarıdan çoxunu təşkil edir. Bu missiyaların əksəriyyəti qlobal internetə çıxışı genişləndirməyə yönəlmiş Starlink layihəsi çərçivəsində həyata keçiriləcək.


Digər tərəfdən, hərbi peyk buraxılışlarında rekord artım müşahidə edilib. ABŞ-nin hərbi layihələri çərçivəsində orbitə 100-dən çox peyk göndərilib və gizli Starshield peyk şəbəkəsi daha da genişləndirilib. Bunun sayəsində ABŞ kosmosda liderliyini qoruyub və ümumi buraxılışlarının sayı Çinlə müqayisədə iki dəfə çox olub.


Rusiya isə 2024-cü ilə qədər orbitə 98 peyk göndərməklə dəniz müşahidəsi və milli təhlükəsizliyə yönəlmiş layihələrə diqqət yetirib.


2025: Yeni raketlər və artan rəqabət

2025-ci ildə yeni raketlərin buraxılması ilə kosmik nəqliyyat sektorunda daha çox aktivlik olacaq.


“Blue Origin”in New Glenn raketi Amazonun Project Kuiper peyk internet layihəsində əsas rol oynayaraq uğurlu ilk uçuşunu tamamlayıb. Bu inkişaf “SpaceX”in Falcon 9 raketinə güclü rəqibin ortaya çıxdığını göstərib. Sierra Space şirkəti Dream Chaser kosmik təyyarəsini 2025-ci ilin mayında Vulkan raketi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərməyi planlaşdırır.

Rocket Lab 2025-ci ilin ortalarında Neytron raketinin ilk sınaq uçuşunu həyata keçirməyə hazırlaşır. Bu yeniliklər kosmik sektorda rəqabəti artıracaq və buraxılış sayının daha da artmasına səbəb olacaq.


2025-ci il kosmik sənayedə rekord buraxılışlar, artan rəqabət və böyük texnoloji irəliləyişlərlə yeni bir dövrün başlanğıcını qoymağa hazırlaşır.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et