İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Yunayted"in maliyyə çətinliyi səbəbindən daha 200 əməkdaşını ixtisar edəcəyi iddia edilib.
“Mançester Yunayted”in 25%-ni 1,25 milyard funt-sterlinqə satın alan neft-kimya şirkəti INEOS-un qurucusu Jim Ratkliffe klubun son üç ildə 300 milyon funt sterlinqdən çox zərər vurmasından sonra "Guardian"qəzetinə görə 200 iş yerini ixtisar etməyi planlaşdırıb.
Xəbərdə “Mançester Yunayted”in ötən ilin payızında 250 əməkdaşını işdən çıxardığı da xatırladılıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli