Bu gün:

Düzgün üzyuma necə olmalıdır?


İsti su yaxşıdır, yoxsa pis? 


Mütəxəssislər razılaşırlar ki, üzünüzü duşda yumaq dərinizə zərər verməyəcək və ya sızanaqlara səbəb olmayacaq. Digər tərəfdən, isti su əvəzinə, ilıq su ilə duş qəbul etmək daha yaxşıdır. "Dəriyə mütəmadi olaraq isti su çəkmək yaxşı deyil. Həftədə bir və ya iki dəfə etmək yaxşıdır, amma hər gün çəkmək düzgün deyil. Ona görə də suyun temperaturunu azaltmaq lazımdır, yaxud daha yaxşısı, soyuq duşa üstünlük verin.” Ceyms Li də bu fikirdədir: "Dərini gündə bir və ya iki dəfə ilıq su ilə qısa müddətə yumaq idealdır, çünki isti su dərini qurudur və dərinin təbii yağlarını azaldır".

 Üzünüzü duşdan əvvəl yoxsa sonra yumaq lazımdır? 

İstər duşda üzünüzü yumağı, istər vanna otağında yumağa üstünlük verin, istərsə də kirləri təmizləmək üçün krem təmizləyicilərdən istifadə eedin, vacib olan bunu mütəmadi olaraq etməkdir. Linin fikrincə, səhər və axşam təmizliyə diqqət yetirmək, bunu duşdan əvvəl, duş zamanı və ya sonra etmənizdən narahat olmaqdan daha yaxşıdır. 

Üzünüzü axşam yoxsa səhər yumaq lazımdır? 

"Dərinin sağlamlığını qorumaq üçün müntəzəm və gündəlik üz təmizlənməsi vacibdir. Axşam təmizliyi vacibdir, çünki axşam təmizliyi gün ərzində dəridə yığılan kir və makiyajı təmizləyir".

Mənbə: Habertürk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et