Bu gün:

"Mançester Siti" "Vest Hem Yunayted"i məğlub edib


İngiltərə Premyer Liqasının 20-ci həftəsində “Mançester Siti” səfərdə “Vest Hem Yunayted”i 4:1 hesabı ilə məğlub edib. 

Erlinq Haaland vurduğu 2 qolla "Siti"nin qəhrəmanı olub.

Premyer Liqada pis mövsüm keçirən son çempion "Mançester Siti" 20-ci həftə yarışında "Vest Hem Yunayted"i qəbul edib.

Etihad stadionunda keçirilən görüşdə ev sahibi “Mançester Siti” 4:1 hesablı qələbə qazanıb.

"Mançester Siti"nin qollarını 10-cu dəqiqədə avtoqolla Vladimir Kufal, 42-ci və 55-ci dəqiqələrdə Erlinq Haaland, 58-ci dəqiqədə Fil Foden vurub. "Vest Hem Yunayted"in yeganə qolunu 71-ci dəqiqədə Niklas Füllkrug vurub.

Ardıcıl ikinci qələbəsini qazanan Pep Qvardiolanın komandası xallarını 31-ə yüksəldib, “Vest Hem Yunayted” isə 23 xalda qalıb.



Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et