Bu gün:

"Ayaks"da Veqhorst həyəcanı


"Ayaks" Vout Veqhorst-a sağ ayağının baş barmağında sınıq diaqnozu qoyulduğunu və altı həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.


Hollandiyanın "Ayaks" komandası Fortuna Sittardla matçda zədələnən Vout Veqhorst-un sağ ayağının baş barmağında sınıq olduğunu açıqlayıb.

"Qırmızı-ağlar" Veqhorstun zədə səbəbindən 6 həftə meydandan uzaq qalacağını açıqlayıb.

Klubun sosial media hesabından verilən açıqlamada 32 yaşlı futbolçuya tezliklə sağalmağını arzuladıqlarını çatdırıblar.

Veqhorst bu mövsüm 22 matçda 8 qol vurub və 2 məhsuldar ötürmə edib, onlardan 17-si Hollandiya Liqasında, 5-i isə UEFA Avropa Liqasında olub.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli



Paylaş
Şərh əlavə et