Bu gün:

Adana Dəmirspor nəyə görə oyundan çəkildi?


Trendyol Superliqasının 23-cü həftəsində RAMS Parkda "Qalatasaray" və "Adana Dəmirspor" qarşılaşıb. Sarı-qırmızılılar 12-ci dəqiqədə Moratanın penaltidən vurduğu qolla önə keçib. 


Matçın 30-cu dəqiqəsində “Adana Dəmirspor”un futbolçuları Semih Gülər və Tayfun Aydoğan baş məşqçi Mustafa Alper Avcı ilə danışaraq soyunub-geyinmə otağına getmələrini istəyib. Adana Dəmirspor futbolçuları hakimlə danışdıqdan sonra paltardəyişmə otağına yollanıb.


Adana Dəmirspor Qalatasarayın Mertens ilə qazandığı penaltiyə reaksiya vermək üçün meydandan çəkilmə qərarı verib.


Mənbə: Ntv spor


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et