Bu gün:

Psixoloqla psixiatr arasındakı fərq nədir?


Nəyinsə öhdəsindən yaxşı hələ bilmirsinizsə, yaxud psixoloji narahatlığınız varsa kömək edə biləcək ixtisaslaşmış səhiyyə mütəxəssisləri var. Bunlara psixiatr və psixoloqlar daxildir.

Psixiatr nə edir?

Psixiatrlar psixi, emosional və davranış pozğunluqlarının diaqnozu, müalicəsi və qarşısının alınması ilə bağlı psixiatriya üzrə xüsusi təlim keçmiş həkimlərdir. Onlar müxtəlif yollarla işləyir, antidepresanlar kimi dərmanlar daxil olmaqla müalicələ yazırlar. Lazım gələrsə, insanları xəstəxanaya yerləşdirə bilirlər. Psixiatrlar xəstəxana, klinika və ictimai psixi sağlamlıq xidmətlərində işləyirlər. 

Psixoloq nə edir?

Psixoloqlar insan davranışı üzrə təlim keçmiş səhiyyə işçiləridir. Bəzi psixoloqlar klinik psixologiya, neyropsixologiya, sağlamlıq kimi psixologiyanın xüsusi sahələrində təsdiqlənmək üçün əlavə təhsili tamamlamağı seçirlər. Onlar məktəblər, xəstəxanalar, ictimai səhiyyə xidmətləri, məhkəmələr, həbsxana kimi yerlərdə işləyə bilirlər. 

Psixiatrlarla psixoloqlar arasındakı fərq nədir?

İkisi arasındakı əsas fərq, psixiatrın tibb həkimi kimi təhsil alması və dərman yaza bilməsidir. Psixoloq həkim deyil və dərman yaza bilməz.

Bununla belə, psixiatrlarla psixoloqlar arasında çoxlu oxşarlıqlar var. Hər ikisi beyninizin necə işlədiyini, necə düşündüyünüzü anlayırlar. Hər ikisi kömək etmək üçün müxtəlif növ məsləhət və psixoterapiyadan istifadə edə bilir.

Həm psixoloqlar, həm də psixiatrlar psixi sağlamlıq problemlərinə kömək etmək üçün müxtəlif terapiya formalarından istifadə edirlər. Onlar sizə daha yaxşı düşüncə və davranış üsullarını inkişaf etdirməyə kömək edə bilərlər.

Mənbə: Healthdirect

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et