Bu gün:

PSG Luis Enrike ilə yeni müqavilə imzalayıb


Paris Saint-Germain klubu baş məşqçisi Luis Enrike ilə müqaviləni uzadıb.

Fransa yığması ispan məşqçi ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.


Paris komandası müdafiəçiləri Achraf Hakimi, Nuno Mendes və yarımmüdafiəçi Vitinhanın müqavilələrinin 2029-cu ilə qədər uzadıldığını da açıqlayıb.


Klub prezidenti Nasser Əl-Xelaifinin də iştirak etdiyi imzalanma mərasimi Parc des Princes stadionunda keçirilib.


Bu mövsüm Liqa 1-də məğlubiyyətsiz qalan Paris Saint-Germain Çempionlar Liqasının play-off mərhələsində Fransanın digər komandası "Brest"lə qarşılaşacaq.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et