La Liqanın 23-cü həftəsində Madrid derbisidə baş tutub.
Zirvə yarışını yaxından maraqlandıran qarşılaşmada Real Madrid əzəli rəqibi Atletico Madrid ilə 1:1 bərabərə qalıb. Bu heç-heçədən sonra 3-cü pillədə qərarlaşan "Barselona" xal fərqini azaltmaq imkanı əldə edib.
Santyaqo Bernabeu stadionunda keçirilən böyük görüş hərəyə 1 qolla 1:1 hesabı ilə başa çatıb.
Qonaq komanda 35-ci dəqiqədə Julian Alvarezin penaltidən vurduğu qolla 1:0 önə keçib.
İkinci hissəyə yaxşı başlayan Real Madrid 50-ci dəqiqədə Kilian Mbappe ilə hesabı bərabərləşdirib.
Bu nəticə ilə lider "Real Madrid" xallarını 50-yə, ikinci pillədəki "Atletiko Madrid" isə xallarını 49-a yüksəldib.
45 xalla 3-cü pillədə yer alan "Barselona" "Sevilya"ya qalib gəlsə, lider "Real Madrid"lə xal fərqini 2-yə endirmək imkanı var.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
