Bu gün:

Sosial media depressiyaya səbəb olur?


Bəzi hesablamalara görə, dünyada təxminən 4 milyard insan facebook,twitter və instagram kimi sosial şəbəkələrdən istifadə edir. Bu istifadə psixi sağlamlıq mütəxəssislərini sosial medianın böyük populyarlığının depressiyada rol oynayıb-oynamadığını araşdırmağa sövq etdi.

Tədqiqatlar göstərir ki, sosial mediada vaxtını məhdudlaşdıran insanlar bunu etməyənlərə nisbətən daha xoşbəxt olurlar. Sosial media istifadəçilərdə depressiya əlamətlərinə kömək edən və ya pisləşdirən bir sıra mənfi emosiyalara səbəb ola bilər.

Depressiyada olan insanlar ölüm və ya intihar barədə düşünə, özlərini dəyərsiz hiss edə, yorğunluq və ya baş ağrısı kimi fiziki simptomlardan əziyyət çəkə bilərlər. Psixoterapiya və dərman müalicəsi depressiyanın bəzi müalicə üsullarıdır. Sosial mediada vaxtı məhdudlaşdırmaq və real dünya əlaqələrinə üstünlük vermək də psixi sağlamlıq üçün faydalı ola bilər.

Sosial media və psixi sağlamlıqla bağlı bəzi araşdırmalar şəbəkə saytları ilə depressiya arasında əlaqə olduğunu ortaya qoyur. 2018-ci ilə aid  "Journal of Social and Clinical Psychology" jurnalındakı yazıya görə sosial medianın məhdudlaşdırılması tənhalığı və depressiyanı azaldır.

Mənbə: Verywellmind

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et