Bu gün:

Serxio Ramos yeni ünvanında


Sonuncu dəfə “Sevilya”da çıxış edən Serxio Ramosun yeni komandası bəlli olub. 

38 yaşlı ispan müdafiəçi Meksika Liqasının komandası olan “Monterrey”lə razılaşma edib.


İspaniyalı müdafiəçi Serxio Ramos Meksika Liqasının "Monterrey" komandası ilə bir illik müqavilə imzalayıb.


 Monterrey klubu transferini "Rayadosa xoş gəlmisiniz, Serxio Ramos" başlığı ilə açıqlayıb.


"Serxionun Monterreyə gəlişi futbolçunun karyerası, nailiyyətləri və dünya səviyyəsində tanınmasını nəzərə alınmaqla klub tarixində görünməmiş hadisədir",- deyə klubun açıqlamasında deyilib.


Serxio Ramos ötən mövsümün sonunda "Sevilya"dan ayrıldıqdan sonra klubla müqavilə bağlamayıb.


Karyerasında ilk dəfə Avropadan kənar bir komandada çıxış edən 38 yaşlı Ramos indiyədək meydana çıxdığı 816 matçda 117 qol vurub, 42 qola assistentlik edib.



Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli




Paylaş
Şərh əlavə et