UEFA Avropa Liqasında yoluna davam edən "Fənərbaxça" yenilənən siyahısını UEFA-ya bildirib. “Fənərbaxça" UEFA siyahısına 2-si yeni transfer olmaqla 3 futbolçu əlavə edib.
Ara transfer dönəmində heyətə qatılan Milan Skrinyar heyətə daxil edilib. Skrinyardan başqa Anderson Taliska da yenilənən siyahıda yer tapıb. İlk siyahıya düşə bilməyən Filip Kostiç də Avropanın yenilənən heyətinə daxil edilib.

“Fənərbaxçanın” heyətində zədə səbəbindən mövsümü bağlayan Rodriqo Bekao və Jayden Oostervolde ilə birlikdə komandadan ayrılan Səməd Akaydın UEFA siyahısından çıxarılıb.
Mənbə: Ntv spor
Tərcümə etdi: İbrahim Çobanlı
