"Gənclərbirliyi"ndə çıxış edən 39 yaşlı Mustafa Yatabare futbolçu karyerasını başa vurub.

"Gənclərbirliyi" klubundan verilən açıqlamada "2023-2024 mövsümünün əvvəlində komandamıza transfer olunan Mustafa Yatabare futboldan ayrılaraq texniki komandamıza qoşulub"- deyilib.
Komanda ilə son məşqinə çıxan Yatabare dostlarının alqışları ilə yaşıl meydanlarla vidalaşıb.
"Ümid edirəm ki, hər kəsin karyerası istədiyi kimi inkişaf edəcək".
Duyğulu anlar yaşayan Yatabare "Hər kəsə təşəkkür edirəm. İki ildir ki, buradayam və məni çox yaxşı qarşıladınız. Ümid edirəm ki, hər kəsin karyerası istədiyi kimi irəliləyir. Bu il uğurlu olacağımıza inanıram",- deyə bildirib.
Beauvaisdə anadan olan malili forvard “Gənclərbirliyi”ndən başqa Türkiyənin “Trabzonspor”, “Karabükspor”, “Konyaspor” və “Sivasspor” klublarında çıxış edib.
Bu mövsüm liqada "Gənclərbirliyi" ilə 9 matça çıxan Yatabere 146 dəqiqə meydanda qalıb. Yatabere futbolçu karyerasında 565 matçda 152 qol vurub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
