İngiltərə Premyer Liqasında 23 həftə ərzində 13 Video Köməkçi Hakim (VAR) səhvinə yol verildiyi açıqlanıb.
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Premyer Liqanın Key Match Incidents (KMI) paneli mövsümün 23 həftəsində VAR qərarları ilə bağlı 4 səhv və 9 buraxılmış VAR müdaxiləsi müəyyən edib.
Ötən mövsümün eyni həftəsinə qədər 20 VAR səhvinin aşkar edildiyi və bu mövsüm səhvlərdə azalma olduğu bildirilib.
Bu mövsümə qədər Premyer Liqada 239 liqa matçında 70 VAR müdaxiləsi olub.
Səhv VAR müdaxiləsinin bir nümunəsində, keçən oktyabrda Erik ten Haqın Mançester Yunayted baş məşqçisi kimi son matçında West Ham United-ə qarşı penalti təyin edildiyində qeyd edilib. O, vurduğu penalti qolu ilə matçı 2-1 qazanıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
