Məlumata görə, "Tottenhem"in müdafiəçisi Radu Draqusin sağ dizindəki ön çarpaz bağındakı problemə görə mövsümün qalan hissəsini buraxa bilər.

İngiltərə Premyer Liqasında çıxış edən Radu Draqusinlə bağlı pis xəbər gəlib.
"Radu Draqusinin sağ dizindəki ön çarpaz bağ zədəsi səbəbindən əməliyyat olunacağını təsdiqləyə bilərik",- İngilis klubunun açıqlamasında deyilib.
23 yaşlı rumıniyalı müdafiəçi ötən həftə UEFA Avropa Liqasında "Tottenhem"in "Elfsborq"a 3:0 hesabı ilə qalib gəldiyi oyunda zədələnib.
Britaniya mətbuatının yazdığına görə, Draqusinin ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
