Bu gün:

İşçilər niyə süni intellektdən istifadə edirlər?


Bəzi işçilər şirkətlərinin rəsmi İT siyasətini gözləmədən şəxsi süni intellekt vasitələrindən istifadə edirlər. "Software AG"nin araşdırmasına görə, səbəblər müxtəlifdir: bəziləri şirkətin təqdim etdiyi AI alətlərini bəyənmir, digərləri isə uzun təsdiq prosesindən qaçmaq istəyir.

Məsələn, proqram mühəndisi Con-un çalışdığı şirkət GitHub Copilot-dan istifadə etsə də, o, Cursor-a üstünlük verir. "Bu, 15 sətir kodu eyni anda tamamlayır və prosesi sürətləndirir",- deyə o bildirir. Digər işçi Piter isə şirkətinin qadağasına baxmayaraq, ChatGPT-dən istifadə edir və bunun məhsuldarlığını artırdığını düşünür.

Bu cür qeyri-rəsmi istifadəyə "kölgə süni intellekti" deyilir. Harmonic Security-nin məlumatına görə, 10,000-dən çox AI tətbiqi izlənilir və 5,000-dən çoxunun aktiv olduğu aşkar edilib. Risklər də var: bəzi AI sistemləri istifadəçilərin daxil etdiyi məlumatları öyrənir və gələcəkdə bu məlumatlar başqalarına təqdim edə bilir.

Şirkətlər süni intellekti qadağan etmək əvəzinə, onun təhlükəsiz və effektiv istifadəsinə fokuslanmalıdır. Trimble şirkəti bunun üçün "Trimble Assistant" adlı daxili AI aləti yaradıb. Süni intellekt mütəxəssisi Karoliina Torttila bildirir ki, iş mühitində AI-dan düzgün istifadə üçün davamlı təlim və qaydalara ehtiyac var.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et