"Qalatasaray"ın anlaşdığı ispaniyalı mərkəz hücumçusu Alvaro Morata İstanbula gəlib.

"Qalatasaray" Alvaro Moratanı kluba əlavə etmək istəyib. Mövsümün sonuna kimi sarı-qırmızılı formanı geyinəcək Morata İstanbula gəlib.
Hava limanının çıxışında açıqlama verən Morata "Formanı geyinib azarkeşlərə qürurlu anlar yaşatmaq üçün səbirsizlənirəm. Buraya hər şeyimi vermək üçün gəldim. Osimhenlə əməkdaşlıq edərək əlimdən gələni etməyə çalışacağam.",- deyə bildirib.
“Qalatasaray” İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) Alvaro Moratanın icarəsi ilə bağlı futbolçu və onun klubu “Milan”la rəsmi danışıqlara başladığını açıqlayıb.
Sarı-qırmızılı komandadan verilən açıqlamada "Futbolçu və onun klubu AC Milan SPA ilə peşəkar futbolçu Alvaro Borja Morata Martinin müvəqqəti transferi ilə bağlı rəsmi danışıqlara başlanılıb",- deyə bildirilib.
32 yaşlı futbolçu mövsümün əvvəlində 13 milyon avroya "Atletiko Madrid"dən "Milan"a transfer olunub.
Bu mövsüm İtaliya yığmasında 25 rəsmi oyuna çıxan Alvaro Morata bu matçlarda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Real Madrid, Juventus və Chelsea kimi önəmli klublarda çıxış edən Morata İspaniya millisi ilə də 84 oyun keçirib və 37 qola imza atıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
