"İncəsənətin inciləri" rubrikası "Family Reunion" əsərini təqdim edir.
Fransız rəssam Frédéric Bazille 1867-1868-ci illərdə "Family Reunion" adlı əsərini yaradıb. Əsər impressionizm cərəyanına aid olub ailəvi dəyərləri və o dövrdəki burjua həyat tərzini əks etdirir. Rəsm hazırlandığı dövrün rəngkarlıq anlayışında inqilabi hesab olunan açıq havada (plein air) çəkilən böyük kompozisiyalardan biridir.
Əsərdə Bazille ailə üzvlərini Montpelier yaxınlığında yaşıl təbiət mənzərəsi fonunda təsvir edib. Rəsm əsəri rənglərin incə tonları və gün işığının ətraf mühitə olan təsiri ilə seçilir. Hər bir obrazın dəqiq və canlı ifadələri onların fərdi xarakterlərini ortaya qoyur. Ailənin ortasında dayanmış olan Bazille özü də sakit və düşüncəli bir şəkildə təsvir edilib.
Əsər ailə bağlarının əhəmiyyətini vurğulamaqla yanaşı, zamanın burjua cəmiyyətindəki yüksək sosial mədəni dəyərləri də əks etdirir. Bazille burada yalnız ailə portreti yaratmaqla kifayətlənmir, həm də təbiətlə insan arasındakı harmoniyanı nümayiş etdirir.
"Family Reunion" həm kompozisiya baxımından möhtəşəm tarazlığı, həm də insana toxunan ailə sevgisini simvolizə edən rəngkarlıq əsəri kimi sənət tarixində öz əhəmiyyətini qoruyur.
Hazırladı: Telehə Hüseynzadə