Bu gün:

Neymara Santosda böyük həvəs


Neymar Santosda böyük sevgi ilə qarşılanıb. Vila Belmiro stadionunda on minlərlə azarkeş ulduz futbolçu ilə görüş sevincini yaşayıb.


Neymar Vila Belmiro stadionunda azarkeşlər tərəfindən coşğulu alqışlarla qarşılanıb.

Santos azarkeşləri gənclik akademiyasından gələn ulduzun qayıdışını qeyd ediblər. Divarlar rənglənib və küçələr Neymar forması ilə bəzədilib. Perrona çıxan Neymar göz yaşlarını saxlaya bilməyib.

Neymar peşəkar karyerasına 2009-cu ildə "Santos"da başlayıb. 136 qol və 64 məhsuldar ötürmə ilə o, 50 ildən sonra klubuna Copa Libertadores qələbəsini qazandırıb. O, 2013-cü ildə "Barselona"ya keçib, La Liqa və Çempionlar Liqasında qələbələr yaşayıb. 2017-ci ildə müqavilə bağladığı PSJ Fransada 5 liqa titulunu qazanıb. Braziliya millisində 128 oyun keçirib və ən çox qol vuran futbolçu olub.

Neymar 2023-cü ilin yayında Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına transfer olunub. O, ciddi zədələr səbəbindən uzun müddət meydandan uzaq olub. O, “Əl-Hilal” karyerasında cəmi 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. İndi o, 32 yaşında vətənə qayıtmağa və yeni sfera açmağa hazırlaşır.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et