Bu gün:

Dortmunddan Saleh Özcan qərarı


Bundesliqa təmsilçisi "Borussiya Dortmund" yay transfer dövründə "Volfsburq"a icarəyə verdiyi milli futbolçu Salih Özcanı geri çağırıb.

"Borussiya Dortmund" yay transfer dövrünün son günlərində 27 yaşlı hücumçu Salih Özcanı "Volfsburq"a 1 illik icarəyə verib.

Dortmundlular türk millisinin futbolçusu Salih Özcanı zədələri və komandadakı pis irəliləyiş səbəbilə komandaya geri çağırıb.

"Volfsburq"un bu təklifi qəbul etməsindən sonra 27 yaşlı futbolçu yenidən "Borussiya Dortmund"a keçib.

Komanda ilə məşqlərə başlayan Salih Özcanın bu həftə keçiriləcək Heidenheim matçı üçün heyətdə olacağı gözlənilir. Milli futbolçunun Dortmund "Borussiya"sı ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.

Digər tərəfdən, Salih Özcan mövsümün qalan hissəsində 3-ü ilk 11-də olmaq üzrə cəmi 12 matçda "Volfsburq"un formasını geyinib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et