Bu gün:

ChatGPT'dən geri qalmayan yeni layihə: "Deep Seek"


 Bu gün Donald Trump-ın müşaviri dünyada baş verən hadisəni SSRİ-nin 1957-ci ildə kosmosa ilk peyk buraxması ilə müqayisə edib. 

ChatGPT və onun müxtəlif dəyişiklikləri haqqında yəqin ki, eşitmisiniz. O, monumental bir irəliləyiş kimi görünürdü. Süni intellekt yaradıcıları böyük uğurlar qazandı, milyardlarla dollarlıq müqavilələr əldə etdi və rəqiblərinin ən azı 5 il geridə olduğunu iddia etdilər. Amma diqqət çəkən başqa bir şəxs də var – Liang Vangeng. O, ChatGPT-dən heç də geri qalmayan, lakin yalnız 6 milyon dollarlıq investisiya ilə "Deep Seek" adlı layihəni işə salıb. Bu məhsul istifadəçilər üçün demək olar ki, pulsuzdur.

Bu hadisə 1957-ci ildə ABŞ-də yaşanan vəziyyəti xatırladır. O zaman amerikalılar kosmik yarışda lider olduqlarına inanırdılar. Lakin bir gün SSRİ-nin peyk buraxdığı xəbəri yayıldı və bu, böyük çaxnaşmaya səbəb oldu.

İndi isə ABŞ prezidentinin müşaviri oxşar bir ssenarinin süni intellekt yarışında da yaşana biləcəyini bildirir. ABŞ-nin bu yarışda irəlidə olduğuna inamı olsa da, birdən ikinci yerdə olduğu ortaya çıxa bilər.

Mənbə: Другая История 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et