Bu gün:

Stressi azaldan bitkilər


Hamımız bilirik ki, stress insanı zəiflədir və enerjisini azaldır. Ancaq bu bitkilərin evdə olmasının stressi azaltdığı bildirilir. Bu bitkilərə daha yaxından nəzər salaq. 

Lavanda 

Lavanda gözəl qoxusu və bənövşəyi rəngi ilə tanınır. Bu bitkinin evdə olması əhval-ruhiyyəni yaxşılaşdırmağa və daha asan yuxuya getməyə kömək edir. Xüsusilə, lavanda qoxusunun sakitləşdirici xüsusiyyəti var ki, bu da insanlara yuxunu qaçırdan stressi azaltmağa kömək edəcək.

Sansevieria ( Paşa qılıncı) 

Evlərimiz və ya getdiyimiz küçələr əhvalımıza, yuxumuza və enerjimizə mənfi təsir edən maddələrlə doludur. Belə olan hallarda  paşa qılıncı bitkisi kömək edə bilər. Çünki bu bitkinin ətraf mühitdəki zərərli maddələri məhv etdiyi və  oksigen buraxdığı məlumdur. Bu xüsusiyyət həm də gecəni yaxşı yatmağa kömək edir. Üstəlik, bitkiyə qulluq çox vaxt və səy tələb etmir.

Hedera Helix (Sarmaşıq)

Sarmaşıq bitkisi baş ağrılarını azaldıb stressi aradan qaldıraraq yuxuya getməyi asanlaşdırır.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et