Bu gün:

Luis de la Fuente ilə müqavilə müddəti uzadılıb


Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente ilə müqavilə yenilənib.

Luis de la Fuentenin İspaniya milli komandası ilə müqaviləsi 2028-ci ilə qədər uzadılıb.

İspaniya Futbol Federasiyasından verilən açıqlamada 63 yaşlı ispan çalışdırıcı ilə 2028-ci ilə qədər müqavilə imzalandığı bildirilib.

Luis de la Fuente 2022-ci ildə təhvil aldığı İspaniya Milli Komandasını 2022-23 UEFA Millətlər Liqası və 2024-cü il Avropa Çempionatında qələbəyə aparıb.

Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et