Çin startapı "DeepSeek" keçən həftə ChatGPT-yə bənzər R1 adlı AI modelini təqdim edərək diqqət mərkəzinə düşdü. Model ABŞ texnologiya nəhənglərinin yüz milyonlarla dollar xərclədiyi modellərə rəqib olsa da, cəmi 5,6 milyon dollara təlimləndirilib.

Bu ABŞ-ın illərdir Çinə yüksək güclü AI çiplərinin satışını məhdudlaşdırmasına baxmayaraq, DeepSeek-in az gücə malik çiplərlə bu nailiyyəti əldə etməsi ilə daha da təəccübləndirir.
Xəbərdən sonra ABŞ texnologiya səhmləri ucuzlaşıb. "Nvidia" 12%, "Meta" və "Alphabet" isə kəskin eniş yaşadı. Nasdaq indeksi 4,2% aşağı düşərək, 2022-ci ilin sentyabrından bəri ən böyük enişini yaşamağa hazırlaşırıb.
Analitiklər bildirirlər ki, bu yenilik ABŞ-ın AI üstünlüyünə dair suallar yaratsa da, Qərb şirkətlərinin uzunmüddətli liderliyini asanlıqla təhlükəyə ata bilməz.
Mənbə: CNN
Tərcümə etdi: Xavər Məmmədli
