Bu gün:

Bahar allergiyası üçün faydalı ola biləcək 6 qida


Mövsümi allergiya baharın gəlməsi ilə bir çox insanların həyat keyfiyyətini azalda bilər. Bəzi qidalar isə allergiya üçün faydalı ola bilir.

Mövsümi allergiya burun axıntısından burun tıxanıqlığına qədər müxtəlif xəstəlikləri əhatə edir. Amerikalı diyetisyen və qidalanma uzmanı Jenna Volpe, istənməyən yan təsirlər olmadan mövsümi allergiyanın təbii bir şəkildə aradan qaldırılmasına kömək edə biləcək müəyyən funksional qidalar və otların olduğunu da izah edib.

Volpenin tövsiyə etdiyi, allergiya üçün faydalı ola biləcək 6 qida:

Brüssel kələmi

Allergiya əlamətləri hiss edirsinizsə, brüssel kələmi yeməyə çalışın və ya axşam yeməyinə qarnir kimi əlavə edin.

C vitamini bir çox tərəvəzlərdə olub suda həll olunan bir elementidir. Bədənin təbii iltihab reaksiyalarını tənzimləməyə kömək etdiyi üçün bədəndə allergiya ilə mübarizə kimi bir neçə vacib rolu oynaya bilər.

2.      Gicitkən yarpaqları

Klinik sınaqlarda çay,  kapsul şəklində gicitkən yarpaqlarının allergik rinitin bir çox insanlar üçün təbii rahatlamanı təmin etdiyi aşkar edilmişdir.

Dəqiq mexanizmlər bilinməsə də, gicitkənin bədənə yumşaq bir antihistamin təsiri olduğu düşünülür. Yarpaqları burun axıntısı və ya boğazda, ağciyərdə həddindən artıq allergik rinit əlamətləri olan insanlar üçün faydalıdır.

3.      Portağal kimi C vitamini deposu qidalar

Portağaldan başqa, qreypfrut, naringi  kimi digər sitrus meyvələrinə üstünlük verin. C vitamini olan portağal üzərində aparılan araşdırmalar allergiyaya kömək edə biləcəyini göstərir.

 Təbii bal

Volpe sağlamlıq faydaları üçün təbii balın pərəstişkarı olduğunu və bəzilərinin mövsümi allergiya simptomları üçün faydalı ola biləcəyini qeyd edib:

“Bəzi tədqiqatlar göstərir ki, hər gün müəyyən miqdarda yerli təbii bal və ya çiy manuka balı qəbul etmək mövsümi allergiyası olan insanlara təbii rahatlıq verməyə kömək edə bilər” .

5.      Quercetin ilə zəngin meyvə və tərəvəzlər

Volpe bir çox meyvə və tərəvəzlərdə olan antioksidan növü quercetinin immunitet sisteminin həddindən artıq aktiv histamin reaksiyasını sakitləşdirməyə kömək etmək üçün funksional qidalanma və funksional tibbdə tez-tez istifadə edildiyini də vurğulayıb.

6.      Kələm

Ev reseptlərinizə quercetinlə zəngin olan kələmi əlavə edə bilərsiniz. Allergiyaya qarşı 100% kömək etdiyi sübut edilmiş xüsusi qidaların olmadığına dair bir xəbərdarlıq olsa da, bir çox tərəvəzlər iltihab əleyhinə xüsusiyyətlərə malik olduğu bilinən qidalarla zəngindir və bu səbəbdən sizə kömək edə bilər.

Mənbə: Sözcü

Tərcümə etdi : Aysu Əsədova

Paylaş
Şərh əlavə et