Premyer Liqanın 23-cü həftəsində "Mançester Siti" doğma meydanda "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib.
"Siti"nin iki yeni transferi Xusanov və Marmuş ilk 11-də meydana çıxıb.
İngiltərədə keçirilən nəhəng qarşılaşmada “Mançester Siti” “Etihad” stadionunda “Çelsi”ni qəbul edib.
"Siti"nin yeni transferi Xusanovun Premyer Liqa karyerası pis başlayıb. 3-cü dəqiqədə qapıçıya ötürməsi qısa olarkən Madueke "Çelsi"ni 1-0 önə keçirib.
Meydan sahibləri axtardıqları qolu 42-ci dəqiqədə əldə ediblər. “Mançester Siti”nin ikinci qolunu 68-ci dəqiqədə Haaland vurub. Matçda son sözü 87-ci dəqiqədə Fil Foden deyib.
Meydandan 3-1 hesabı ilə ayrılan "Mançester Siti" ardıcıl ikinci qələbəsini qazanaraq xallarını 41-ə yüksəldib, "Çelsi" isə 40 xalda qalıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
