Bu gün:

1 ildə 60 milyard dollar: Meta-nın süni intellektə nəhəng sərmayəsi


Meta CEO-su Mark Zukerberq şirkətin bu il istifadəyə veriləcək "Llama 4" süni intellekt modeli üçün Luizianada nəhəng məlumat mərkəzi inşa edəcəyini açıqlayıb. Şirkət layihəyə və digər Süni İntellekt(AI) təşəbbüslərinə ümumilikdə 60 milyard dollar sərmayə qoyacaq.

Zukerberq bildirib ki, Meta 2025-ci ildə 1 milyarddan çox insana xidmət edən əsas süni intellekt assistenti və sahənin qabaqcıl modeli olacaq. Bu layihə Metanın kapital xərclərini əhəmiyyətli dərəcədə artıracaq.

Bu elan Donald Trampın "OpenAI" və digər şirkətlərlə 500 milyard dollarlıq "Project Stargate" təşəbbüsünü elan etdiyi dövrə təsadüf edir. Süni intellekt sahəsi sürətlə böyüyür, "Nvidia" kimi şirkətlər rekord dəyərə çatır.

Metanın məlumat mərkəzi Richland Parishdə yerləşəcək və ilin sonuna qədər şirkətin GPU sayını 1,3 milyona çatdıracaq.

Mənbə: NBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et