Bu gün:

Jannik Sinner finala yüksəlib


Mövsümün ilk böyük dəbilqə tennis turniri olan Avstraliya Açıq çempionatında kişilər arasında dünya 1 nömrəsi italiyalı Jannik Sinner finala yüksəlib.


Bazar günü, yanvarın 26-da kişilər arasında təkbətək yarışın finalında Sinner və alman raketkaçısı Aleksandr Zverev üz-üzə gələcək.

Mövsümün ilk böyük dəbilqə tennis turnirində “Australian Open”da kişilər arasında dünya 1 nömrəli təkbətək mübarizə aparan italiyalı Jannik Sinner finala yüksəlib.

Melburnda keçirilən turnirin 13-cü gününün yarımfinal matçında kişilərin təkbətək yarışında dünya 1 nömrəsi, Avstraliya Açıq çempionatının son çempionu italiyalı Jannik Sinner ABŞ təmsilçisi Ben Şeltonla (21 nömrəli) üz-üzə gəlib.

Sinner 2 saat 36 dəqiqə davam edən qarşılaşmada Şeltonu 7-6, 6-2 və 6-2 setləri ilə 3-0 məğlub edərək adını finala yazdırıb.

Digər yarımfinal görüşündə isə almaniyalı Aleksandr Zverev rəqibi Novak Cokoviçin ilk setdən sonra zədə alması səbəbindən finala yüksəlib.

Sinner və Zverev 26 yanvar bazar günü kişilər arasında təkbətək yarışın finalında üz-üzə gələcəklər.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli


Paylaş
Şərh əlavə et