"Bu tətbiq mənim ən yaxın dostum oldu":
Yas tətbiqləri qəm-qüssəni optimallaşdırır". Faktlara görə, 2023-cü ildə Nitika atasını itirəndə onu təsəlli edəcək kimsə yox idi. Hindistandan Kanadaya yeni köçmüş Nitika təsadüfən "Untangle" adlı "yas tətbiqi"nə rast gəlib. Bu tətbiq virtual dəstək qrupları və süni intellekt imkanları ilə fərdi yas dəstəyi təklif edib. Əvvəlcə, başqalarının yazdıqlarını oxuyaraq təsəlli tapan Nitika sonradan öz hekayəsini paylaşıb: "Bu tətbiq mənim ən yaxın dostum oldu."

Untangle və digər yas tətbiqləri (DayNew, Empathy) nə qədər təəccüblü gəlsə də, müasir dövrdə yas prosesinə rəqəmsal dəstək təklif edir. İstifadəçilərə məsləhətlər, hüquqi sənədlərin idarəsi və icma dəstəyi təqdim olunur. Lakin mütəxəssislər şəxsi məlumatların təhlükəsizliyi və insan təmasının əvəzedilməsi ilə bağlı narahatlıqlarını bildirirlər.
Məsələn, bəzi istifadəçilər süni intellektin real insanlarla əlaqə təcrübəsini azalda biləcəyini düşünür. Buna baxmayaraq, bu tətbiqlər ənənəvi dəstək formalarına çıxışı olmayan insanlar üçün faydalı hesab edilir. Təklif olunan xidmətlərin səmərəliliyi isə şəxsi seçimlərdən asılıdır.
Mənbə: BBC
Tərcümə etdi: Xavər Məmmədli
