Bir müddət "Qalatasaray"da da çıxış edən braziliyalı futbolçu Felipe Melo 41 yaşında aktiv futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Braziliyalı futbolçu Felipe Melo 41 yaşında futboldan ayrılıb. Melo sosial media hesabında mövzu ilə bağlı paylaşımında həyatının ən mühüm dövrlərindən birini bağladığını, futbola minnətdar olduğunu, çalışdığı klublara və keçmiş komanda yoldaşlarına təşəkkür etdiyini bildirib.
Futbola Braziliyanın Flamenqo komandasında başlayan Felipe Melo karyerasında "Kruzeyro", "Qremio", "Malyorka", "Rasinq Santander", "Almeriya", "Fiorentina", "Yuventus", "Qalatasaray", "İnter", "Palmeyras" və nəhayət, "Fluminense"də çıxış edib.
41 yaşlı futbolçu 4 mövsüm çıxış etdiyi "Qalatasaray"da 8 kubok qazanıb. Karyerası boyunca 721 matça çıxan Felipe Melo 53 qol vurub, Braziliya Milli Komandasında isə 19 matça çıxıb və iki dəfə qol sevinci yaşayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
