Bu gün:

Sizi təəccübləndirəcək məlumatlar


Yəqin ki, bu maraqlı məlumatları daha əvvəl eşitməmisiniz:

•Truman Şou Sindromu deyilən psixoloji pozğunluq var. Truman Şou Sindromu insanın özünü xəyali realiti-şounun ulduzu hesab etdiyi zaman baş verən psixi vəziyyətdir.

•Bəzi pişiklərin insanlara qarşı allergiyası var. İnsan allergiyası nadir hallarda baş verir, çünki biz digər canlılardan daha tez-tez yuyunuruq və əvvəlki kimi çox tük və ölü dəri tökmürük. Pişiklərin bizə asqırmaq kimi reaksiya verməsinin səbəbi, adətən, ətirimizin, sabunumuzun və ya yuyucu vasitəmizin qalıqlarıdır.
•Qarğalar danışa bilir və hətta oxuya bilir. 
Qarğalar insan danışığını və oxumağı, hətta digər quş səslərini də təqlid edə bilirlər.
•Kea tutuquşuları yaxşı əhval-ruhiyyədə olanda digər quşlarla birlikdə gülüş kimi səslər çıxarır.
Kea tutuquşuları həm də gülüş vasitəsilə ünsiyyət quran ilk məməli olmayan quş növüdür.
•Qara pişiklər İngiltərə və Yaponiyada xeyirli hesab edilir. 
Britaniya Midlendlərində yeni gəlinlərə nikahlarına xeyir-dua vermək üçün qara pişiklər verilir və yaponlar qara pişiklərin, xüsusilə, subay qadınlara uğurlar gətirdiyinə inanırlar.
•Yuxu beyninizi ciddi şəkildə təmizləyir. Yuxu zamanı beyindən daha çox serebrospinal maye axır ki, gün ərzində yığılan zərərli zülalları və toksinləri xaric edir.
•Kosmosun özünəməxsus qoxusu var. 
Qoxudan dizel tüstüsü, barıt və manqal iyi gəlir. Əsasən, ölən ulduzlar qoxunu təşkil edir.
•Günəş tutulması eramızdan əvvəl 585-ci ildə altı illik müharibənin sona çatmasına kömək etdi.
Müasir Türkiyədə lidiyalılarla midiyalılar arasında gedən müharibə zamanı qəfildən səma qaraldıqda əsgərlər bunu müharibəni dayandırmaq əlaməti kimi qəbul edərək döyüşü dayandırırdılar.
•İtlər 250-yə qədər söz və jesti başa düşə bilirlər. Orta it 2 yaşlı uşaq qədər ağıllıdır.
•Keçilərin düzbucaqlı bəbəkləri var. Yırtıcılardan qorunmaq və ətrafdan yaxınlaşan təhlükəni görməyə kömək etmək üçün onların uzunsov formalı göz bəbəkləri var.•Fransada supermarketlərdə yemək israf etmək qadağandır. Supermarketlər ya kompost etməli, ya da satılmamış və ya vaxtı keçmiş məhsulları xeyriyyə təşkilatlarına bağışlamalıdır.
•“Qan dondurmaq” sadəcə ifadə deyil. Tədqiqatlar göstərir ki, qorxu filmlərinə baxmaq qanımızda müəyyən laxtalanma zülalını artıra bilər.
•Barselonada yaşlılar üçün yüzlərlə oyun meydançası var. Məkanlar yaşlı vətəndaşlarda sağlamlığı təbliğ etmək və tənhalıqla mübarizə aparmaq üçün nəzərdə tutulub.
•Avokado heç vaxt ağacda çürüməz. Bu o deməkdir ki, ağaclar anbar kimi istifadə edilə bilər ki, avokado yeddi aya qədər təzə qala bilsin.
•Marie Curie iki fərqli elm üzrə Nobel mükafatı alan yeganə şəxs olaraq qalır. Onun həm fizika, həm də kimya üzrə Nobel mükafatı var.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et