Bu gün:

Vilfrid Zaha "Şarlotta"ya icarəyə verilib


"Qalatasaray" Vilfrid Zahanın MLS komandası "Şarlotta"ya icarəyə verildiyini açıqlayıb.


Mövsümün əvvəlində Fransa 1-ci Futbol Liqası komandalarından olan "Olimpik Lyon"a yollanan Zahanın icarə müqaviləsinə qarşılıqlı xitam verilib. Təcrübəli futbolçu 2026-cı il yanvarın 17-dək "Şarlotta"ya icarəyə verilib.

Qalatasaray Sportif Sınai və Ticarət Yatırımlar AŞ-dən Borsa İstanbula göndərilən və İctimaiyyəti məlumatlandırma platformasında dərc edilən açıqlamada, "Peşəkar futbolçumuz Dazet Wilfried Armel Zahanın Olimpik Lyon ilə icarə müqaviləsi qarşılıqlı olaraq ləğv edilib və futbolçu transfer edilib. "Major League Soccer, LLC ilə onun 2026-cı ilin yanvarına qədər müvəqqəti transferi ilə bağlı razılıq əldə olunub.",- deyə bildirilib.

Bu razılaşmaya əsasən, Şarlotta sarı-qırmızılı kluba 2 milyon 800 min ABŞ dolları müvəqqəti transfer haqqı ödəyəcək. Zaha həmçinin 2 milyon 376 min avroluq qonorarından da imtina edib.

Zaha MLS-də Charlotte ilə 15 müntəzəm mövsüm matçında oynasa və ya 15 dekabr 2025-ci ilə qədər yazılı bildiriş təqdim edərsə, icarə müddəti 30 iyun 2026-cı ilə qədər uzadılacaq. İcarə müddəti uzadılırsa, Şarlotta "Qalatasaray"a 1 milyon 300 min dollar əlavə icarə ödənişi edəcək. Zaha həmçinin 800 min avro maaşından da imtina edəcək.

Bundan əlavə, futbolçunun 2025-ci il MLS Adi Mövsümdəki çıxışından asılı olaraq, Şarlotta sarı-qırmızılı kluba maksimum 1 milyon 100 min dollar performans mükafatı ödəyəcək.

İcarə müddəti uzadılırsa, Şarlotta "Qalatasaray"a oyunçunun 2026 MLS Adi Sezonunda göstərdiyi performansdan asılı olaraq maksimum 150 min dollarlıq daha bir performans bonusu verəcək.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli


Paylaş
Şərh əlavə et