Bu gün:

Sosial media asılılığına görə psixi sağlamlığın itirilməsi


Beyin çürüməsi məlumatın həddindən artıq yüklənməsi deməkdir. Bəzən internet asılılığı, sosial media istifadəsi və ya  rəqəmsal məzmunun həddindən artıq istifadəsi beyinə mənfi təsir edilə bilər.

Daim diqqəti yayındıran məzmunla məşğul olmaq insanın psixi sağlamlığına və konsentrasiyasına mənfi təsir edir, xüsusilə də, sosial mediada uzun müddət vaxt keçirmələri və davamlı sürüşmə kimi hərəkətlər beyin zədələnməsinə səbəb ola bilər.

Oksfordun 2024-cü il üçün ilin sözü seçilən bu konsepsiya , xüsusilə, sosial media və internetdə bizi zehni və intellektual olaraq geri çəkən məzmunla bağlı sosial narahatlığın əksidir.

“Beyin çürüməsi" sosial şəbəkələrdə dayanmadan kliklənən mənasız, lazımsız video və yazıların həm də insanı ruhi cəhətdən çürütdüyünü deyir. 2024-cü ildə insanlar internetin bu mənfi təsirlərindən daha çox şikayətləndiyi üçün bu termin daha da populyarlaşıb. 

Araşdırmalara görə “beyin çürüməsi” termini 1854-cü ilə aiddir. Təbii həyatın müdafiəçisi olan Thoreau Henry David əsərində Walden insanların mürəkkəb düşüncələrə deyil, sadə düşüncələrə üstünlük verməsini tənqid edir və bu vəziyyəti "beyin çürüməsi" olaraq adlandırır. O dövrdə cəmiyyəti intellektual çöküşün astanasında görən Toro bugünkü sürətli, səthi internet mədəniyyətinə bənzər düşüncə və məzmunun dəyərini aşağı salan ictimai quruluşa diqqət çəkir.

Ancaq 2024-cü ildə bu termin rəqəmsal dövrün təsiri ilə fərqli məna kəsb edib. “Beyin çürüməsi” indi sosial mediada vaxt keçirmək, keyfiyyətsiz məzmuna məruz qalmaq və bu məzmunların insan şüuruna təsiri kimi qəbul edilir. TikTok kimi platformalarda başlayan bu problem zamanla daha geniş auditoriyaya yayılmağa başladı.


Mənbə:Buzzfeed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et