Leon Qeri Plaşe 10 noyabr 1945-ci ildə anadan olub. Uzun evlilik həyatından sonra həyat yoldaşından boşanıb. Oğullarına olan sevgisinə görə bir ata kimi onlardan ayrı yaşamaq çox çətin gəlirdi.
1984-cü il fevralın 19-da keçmiş həyat yoldaşı ona zəng edib. Bu zəng onun həyatını həmişəlik dəyişib. Qerinin oğlu Codi dostu ilə gəzintiyə çıxıb geri qayıtmayıb. Codinin yoxa çıxması ABŞ-nin böyük hissəsini əhatə edən ən geniş miqyaslı axtarışlardan birinə səbəb olub. Codi ilə birlikdə onun gəzintiyə çıxan dostu iyirmi beş yaşlı karate müəllimi Ceff Duce olub.

O, tez-tez şam yeməyi və tədbirlər üçün Plaşenin evində qonaq olub. 4 oğuldan 3-nə karate dərsləri verib. Ancaq Plaşe ailəsi Ducenin usta manipulator və pedofil olduğundan xəbərsiz idi. Oğurlanan vaxt belə o artıq bir il idi ki, Codiyə qarşı əxlaqsız hərəkətlər edib.
Duce maliyyə fırıldaqçılığına görə mühakimə olunduğu üçün qaçmağa məcbur idi. Lakin o, Codini tərk etmək niyyətində deyildi. Duce Codini anasının evindən götürüb və onu çox çəkməyəcək işlərə aparacağını söyləyib. O, Codini evdən iki yüz kilometr uzağa aparıb və saçlarını qırxdırdıb sarıya boyayıb. Kimsə soruşsa, o, insanlara Codinin öz oğlu olduğunu deyirdi.
Duce Codinin valideynlərini yaxşı olduğuna inandırmaq üçün evə zəng etməyə icazə verməklə böyük bir səhv edib. O, fevralın 29-da anasına zəng edərək harada olduğunu bildirib. Polis evdə axtarış aparıb və Duceni həbs edib. Codi nəhayət martın 1-də ailəsinə qayıdıb. Bu müddət ərzində Plaşe əsəbiləşib və oğlunun zorakılığı xəbərini həzm edə bilməyib.
16 mart Duce mühafizələrlə birlikdə hava limanına giriş edib. Onun qayıdışına mətbuatda geniş yer verilib. Bir çox ekipaj üzvləri Duceni görmək ümidi ilə həmin vaxt hava limanında idi. Onların arasında Qeri Plaşe də var idi. Polis Duceni müşayiət edərkən Plaşe 38 kalibrli revolverini cibindən çıxardaraq və medianın gözü qarşısında Duceni başından güllələyib. Doucet xəstəxanaya aparılı və ertəsi gün ölüb. Plaşe qaçmağa cəhd etməyib. O, yerindəcə həbs olunub.
Plaşe məhkəmədə qəsdən adam öldürmə iddiasını qəbul edib. O, yeddi il şərti cəzaya və üç yüz saat ictimai işlərə məhkum edilib.
Plaşe 2014-cü ildə dünyasını dəyişib. O bu müddət ərzində heç bir şeydən peşman olduğunu deyirdi. Ona Duce həbs olunarkən niyə belə etdiyini soruşduqda Plaşe qışqıraraq: “Əgər kimsə uşağınıza bunu etsəydi, siz də eyni şeyi edərdiniz”,-deyib.
Mənbə: Dzen.ru
Tərcümə etdi: İbrahim Çobanlı
