Türkiyə Mərkəzi Bankı tərəfindən “doqquzuncu seriya” olaraq təyin edilən cari əskinaslar 1 yanvar 2009-cu il tarixindən səkkizinci seriyalı əskinaslarla paralel olaraq dövriyyəyə buraxılmışdır. Səkkizinci seriyalı əskinaslar 31 dekabr 2019-cu il tarixinədək dəyişdirilə bilmişdir. Doqquzuncu emissiya qrupuna daxil olan əskinaslar valyutanın tarixi adı olan “Türk lirəsi”ni yenidən qaytarmışdır.
Bu seriyada sikkə ilə əvəz edilən 1 lirəlik əskinas buraxılmamış, əvəzində 200 lirəlik yeni nominal əlavə edilmişdir. Əskinaslar üzərindəki Atatürk portretinin fərqləndirici xüsusiyyəti isə onun ən kiçik nominaldan (profil mövqeyi) ən böyük nominala qədər (tam üz mövqeyi) tədricən dəyişməsidir.
Mənbə: Türkiye Cumhuriyet Merkez Bankası
Tərcümə etdi: Səid Quliyev