Bu gün:

Niyə qocalırıq?


Yaşlanma bütün kainatda baş verən bir proses olsa da, “niyə qocalırıq” sualının hələ də cavablandırılmaması olduqca təəccüblüdür.



Bir çox elm adamı qocalmanın hüceyrənin əmələ gəlməsində iştirak edən molekulların - məsələn protein, lipid, nuklein turşularının (DNT və RNT) zədələnməsinin nəticəsi olduğunu düşünür.

Zədələnmiş molekulların sayı artdıqca hüceyrə funksiyaları ləngiyir, toxuma və orqanlar zədələnməyə başlayır, Nəticədə, bu problemlər orqanizmin ölümünə səbəb olur. Molekulların zədələnməsi genetik və ya xarici ola bilər. Məsələn bədənin hər yerinə yayılan damarlar sayəsində bütün hüceyrələrə çata bilən oksigen hüceyrənin ehtiyac duyduğu enerjinin istehsalında əsas rola malikdir. Bununla belə, bir çox bioloji molekulların deformasiyasına səbəb ola bilər ki, bu da yüksək qeyri-sabit və reaktiv maddələrin əmələ gəlməsinə səbəb olur. Günəş işığı kimi xarici mənbələrdən qaynaqlanan DNT və ya DNT mutasiyalarının replikasiyası zamanı baş verən səhvlər ciddi sağlamlıq problemlərinə səbəb olmaqla yanaşı, hüceyrə yaşlanmasına da kömək edir.


Hüceyrə bölünməsinin ləngiməsinin də yaşlanma ilə əlaqəli olduğu düşünülür. Xromosomların bir-birinə yapışmasına mane olan və genetik məlumatı qoruyan telomerlər (DNT ardıcıllığının bir hissəsi) hər hüceyrə bölünməsi zamanı qısalır və bədən hüceyrələrindəki telomerlərin uzunluğu çox qısaldıqda daha da bölünə və hüceyrə öz funksiyasını yerinə yetirə bilmir. Məsələn, bir qan hüceyrəsindəki telemorların başlanğıcda 8000 baza cütü var, lakin yaşlandıqca bu rəqəm 1500-ə düşə bilər.


Mənbə: Bilim Genç

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et